Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.
“Hazırda “Eleron-3” PUA-larında infraqırmızı kamera və istilikölçənlər quraşdırılır. “Eleron-3” muxtar şəkildə və radiokomanda rejimində uçuşlar həyata keçirə bilər. PUA-nın uçuş yerinə qayıtması avtomatikdir. Naviqasiya üçün GPS və GLONASS sistemləri istifadə edilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Eleron-3”lər yaxın fəaliyyət radiuslu kəşfiyyat PUA-larıdır. Qurğunun uçuş çəkisi 5,3 kiloqram, faydalı yük çəkisi 1 kiloqrama qədərdir. PUA surətini saatda 130 kilometrədək artırmağa və 4 min metr yüksəkliyə qalxmağa qadirdir.
Ağalar Qəribov
Ordu.az