“The Hill”: Qvardiyanın sərhədə yerləşdirilməsi Pentaqon üçün problemlər yaradır

2018/05/received_2534992603393559_1525794953.jpeg
Oxunub: 3009     23:55     08 May 2018    
Donald Trampın Milli Qvardiyanı Meksika ilə sərhəd bölgəsinə yerləşdirməsindən bir ay sonra Pentaqon cənuba minlərlə qoşun və ləvazimat göndərir.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu vaxta qədər azı 1500 qvardiyaçı qanunsuz fəaliyyətləri əngəlləmək məqsədilə Meksika ilə sərhəd bölgəsinə yerləşdirilib

Lakin bu qoşunların orada yerləşdirilməsi və daha sonra saxlanmasının neçəyə başa gələcəyi, əsgərlərin orada nə qədər qalacağı və ya bu addımın təhlükəsizliyə hansı səviyyədə təsir edəcəyi ilə bağlı suallar hələ də cavabsız olaraq qalır.

Meksika il sərhəd bölgələrindən birinin təmsilçisi olan respublikaçı parlamentari Visente Qinzales bildirib ki, Pentaqonun bölgəyə qoşun göndərməsindən sonra ərazidə ciddi bir dəyişiklik müşahidə etməyib.

ABŞ Müdafiə naziri Ceyms Mettis təqribən 4 min qvardiyaçının sərhədə yerləşdirilməsinə dair göstəriş verib. Təxmini hesablamalara görə, sentyabrın sonuna qədər 2093 nəfərin sərhəddə saxlanmasına 182 milyon dollar xərclənəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika  


Bizi "telegram"da izləyin