“General Dynamics” ABŞ QQ-ni optoelektron ekranlarla təchiz edəcək

2018/05/48789161_1525787250.jpg
Oxunub: 2150     21:57     08 May 2018    
“General Dynamics” ABŞ Quru Qoşunları ilə optoelektron ekranların təchizatına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin ümumi dəyəri 13 milyon dollardır. Təchizatın 20 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Müqavilə üzrə işlər Miçiqan və Florida ştatlarında həyata keçiriləcək. Onun maliyyələşdirilməsi isə 2018-ci maliyyə ili büdcəsindən təmin ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Dynamics   ABŞ   Optoelektron-ekran  


Bizi "telegram"da izləyin