Bir həftədə Əfqanıstanda 252 əsgər həlak olub - STATİSTİKA

2018/05/48784126_1525785424.jpg
Oxunub: 2000     21:38     08 May 2018    
Geridə qalan həftə ərzində qiyamçıların həyata keçirdiyi hücumlar nəticəsində 252 əfqan əsgəri həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi bildirib.

Daxili İşlər Nazirliyi və kəşfiyyat idarəsi ilə birlikdə hazırlanan statistikaya əsasən həlak olanlardan əlavə 400-dən çox əsgər yaralanıb.

Məlumatda bildirilir ki, həmin müddət ərzində Əfqanıstan təhlükəsizlik qüvvələri 800-dən çox qiyamçını məhv edib və 500-nü yaralayıb.

Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı 2600 hücum planlaşdırılsa da, onların 70%-i əvvəlcədən aşkarlanaraq, əngəllənib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Qiyamçılar  


Bizi "telegram"da izləyin