Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə bu təlimlərdə özünün yerli istehsalı olan yeni hərbi texnikasını nümayiş etdirəcək.
Məlumata görə, nümayiş olunacaq yeni texnika ölkənin ilk yerli silahlı dronu olan “Bayraktar Tactical Block 2” (TB2) taktiki PUA-sıdır.
Qeyd edək ki, TSQ-nin hazırda 34 TB2 PUA-sı var ki, bunun 23-ü sursat daşıya bilir. Onlar 150 kiloqrama qədər yük daşımağa və 24 saat ərzində fasiləsiz uçmağa qadirdir.
Ağalar Ağalarlı
Ordu.az