Rusiya MN “Uran-6”nın imkanlarını nümayiş etdirib

2018/05/1345_1525777693.jpg
Oxunub: 1742     19:07     08 May 2018    
Rusiya Müdafiə Nazirliyi “Uran-6” robotlaşdırılmış istehkamçı kompleksinin imkanlarını nümayiş etdirən görüntülər yayıb.

Ordu.az xəbər verir ki, görüntülər Rusiya Müdafiə Nazirliyinini “Facebook” səhifəsində yerləşdirilib.

47 saniyəlik görüntülərdə “Uran-6” robotlaşdırılmış istehkamçı kompleksinin müxtəlif şəraitlərdə sınaqdan keçirilməsindən bəhs edilir.

““Uran-6” robotu özünün Suriyadakı əməliyyatlarda pis göstərməyib. Onun vasitəsilə köhnə “Palmira”, həmçinin terrorçulardan azad edilən ərazilər minalardan təmizlənib.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Uran-6  


Bizi "telegram"da izləyin