ABŞ Ankaraya silah təchizatını çətinləşdirir – Hesabatsız satılmayacaq

2018/05/1525755117_1345_1525770052.jpg
Oxunub: 3086     16:59     08 May 2018    
ABŞ-ın 2019-cu il üçün dövlət büdcəsində Türkiyənin əsas növ silah və texnikalarla təchizatına bir sıra məhdudlaşmalar nəzərə tutulacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə büdcəsinin ilk variantında bəhs edilir.

“Müdafiə naziri Təchizat Komitəsi qarşısında hesabat verməmiş və Konqresi məlumatlandırmamış Türkiyəyə hər hansı silah satmaq barədə qərar qəbul edə bilməz”, - deyə sənəddə qeyd olunub.

Həmçinin Pentaqon rəhbərinin 60 gündən gec olmamaqla Türkiyə və ABŞ münasibətləri barədə hesabatla çıxış etməsinin zəruri olduğu bildirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Türkiyə   Silah-satışı  


Bizi "telegram"da izləyin