Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bəyan edib.
“İranın nüvə müqaviləsi qüvvədədir və ondan çıxmaqla fikir ayrılıqları yaranacaq, bu isə İranın da müqavilənin şərtlərinə əməl etməməsi üçün zəmin yaradacaq. Həmçinin biz artıq Tehranın nə etdiyini bilməyəcək, çünki ABŞ-ın müqavilədən çıxması ilə bütün beynəlxalq müşahidəçilər ölkəni tərk etməli olacaqlar”, - deyə Kerri bildirib.
O qeyd edib ki, İranla müqavilədən çıxmaqla ABŞ həm də Koreya yarımadasındakı prosesə çox mənfi təsir göstərəcək və həttta bunun nəticəsi olaraq Kim Çen In yenidən fikrini dəyişə bilər.
Ağalar Qəribov
Ordu.az