Donbasda gərginlik davam edir: 1 ölü, 7 yaralı

2018/05/_ukrainskie_soldaty_facebook_com_28brigade_15_650x4103456_1525766548.jpg
Oxunub: 1350     15:54     08 May 2018    
Ukraynanın şərqində silahlı münaqişələr davam edir, ötən gün ərzində atəşkəs 15 dəfə pozulub.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb. Kəşfiyyat mənbələrinə inansaq, Ukrayna hərbçiləri speratçılardan birini öldürüb, daha beşini isə yaralayıblar.

Separatçılar atəşkəsi 122 millimetrlik artilleriya qurğuları vasitəsilə pozublar. O cümlədən qumbaraatan və atıcı silahlardan da istifadə edildiyi bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   BQƏ   Ölüm  


Bizi "telegram"da izləyin