ABŞ-ın Azərbaycandan Qazaxıstana uzanan "yol xəritəsi" nəyə hesablanıb? - ANALİZ

2018/04/456456_1524127146_1524587412.jpg
Oxunub: 1436     20:33     24 Aprel 2018    
Qazaxıstan Parlamenti keçən həftə ABŞ-ın Əfqanıstana hərbi yüklərinin daşınması üçün Xəzər dənizindəki Aktau və Kurık limanlarından istifadə etməyə imkan verən protokolu ratifikasiya edib. Bundan başqa, 2017-ci ilin sentyabrında imzalanan 2018-2021-ci illərdə Qazaxıstan və ABŞ arasında hərbi əməkdaşlıq haqqında saziş, Aktauda NATO hərbi bazasının inşasını nəzərdə tutur.

Bu, Rusiyadan yan keçməklə Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə Qazaxıstana keçən marşruta alternativ yük marşrutunun hazırlanması deməkdir. Birincisi, biz hərbi yüklərdən söhbət edirik, bu marşruta paralel Qazaxıstan neftini Bakı-Poti-Ceyhan marşrutu üzrə daşıyacaq yeni xətt inşa oluna bilər. Bu isə 90-cı ildən bu yana Qazaxıstanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarının və Qərb neft şirkətlərinin maraqlarına və ABŞ dəstəyini qazanmaq istəyən Qazaxıstan hakimiyyətinin maraqlarına cavab verir.

Əfqanıstana qoşunların və avadanlıqların daşınması Xəzər hövzəsi üzərində nəzarətin yaradılması üçün bir bahənə də ola bilər. Qazaxıstan ərazisindən dəmir və hava yolu ilə Əfqanıstana yüklərin və qoşunların tranziti haqqında saziş 2010-cu ildən fəaliyyət göstərir. İndi isə Aktau və Kurık limanının fəal istifadəsindən bəhs edilir. Astana lazımi infrastrukturu və təminat obyektləri yaratmalıdır.

Aktauda fərdi anbarlar və ərazilər əvvəlcədən ABŞ və NATO-nun ehtiyacları üçün ayrılıb, lakin indi onların iştirakı daimi və qanunidir. Daha öncədən də ABŞ-ın Pakistanla əvvəlki müqavilələri ləğv etməsi ilə əlaqədar Əfqanıstana Qazaxıstan marşrutunun gücləndirilməsi planından istifadə edə biləcəyi ehtimal olunurdu. Guya bütün bu hazırlıqlar, Pakistandan çıxarılan strukturlar və Qazaxıstanla bağlanan müqavilələr “Taliban”a qarşı əməliyyatlar aparmaq üçün həyata keçirilir.

Əslində, Qazaxıstanda ABŞ hərbi və yarımhərbi təşkilatlarının iştirakı gücləndiriləcək, Qazaxıstanın Manqistau regionun Aktau şəhərində tamhüquqlu hərbi baza inşa ediləcək, nəticədə Mərkəzi Asiya və Xəzər regionunda Qərbin maraqları təsdiq olunacaq. Bu yolla ABŞ İrana şimaldan, Rusiyaya isə cənubdan təhlükə yaratmağa və Çini Avropa İttifaqı ilə bağlayan "İpək Yolu"nu nəzarətdə saxlamağa cəhd etməsi daha inandırıcıdır.

ABŞ qoşunlarının Qazaxıstandakı hərbi iştirakı Amerikanın neft şirkətlərini qorumaq və Xəzər neftinin Gürcüstan ərazisinə real alternativ marşrut açmasına kömək edəcək. Yeri gəlmişkən, Rusiya ərazisindən yan keçməklə Avropa İttifaqına və ABŞ-a faydalı qazıntılar və enerji daşıyıcılarının nəqli üçün alternativ marşrutların tapılması Qazaxıstanın maraqları ilə üst-üstə düşür.

ABŞ hərbi bazalarının yerləşdirilməsi, Pakistandan nəqliyyat təminat orqanlarının transferi, Nazarbayevin Özbəkistanın artan iqtisadi və siyasi təsiri fonunda Qazaxıstanın Mərkəzi Asiyada hakim mövqe statusunu saxlamaq üçün çalışmasından və digər Sovet respublikalarını ətrafında birləşdirmək ideyasından irəli gəlir.

Qazaxıstan ABŞ-ı üstün tutaraq nəhəng dövlətlərin münaqişəsindən kənarda qalmağa və gələcəkdə baş verə biləcək proqnozlaşdırılmayan siyasi hadisələrdə Vaşinqtonun dəstəyindən yararlanmağa çalışır.

Digər tərəfdən, Qazaxıstanın ABŞ tərəfinə keçidini kəskin və gözlənilməz olduğunu söyləmək olmaz. Bu hərbi-siyasi və iqtisadi əməkdaşlıq 90-ci illərdə başlayıb. Qərb şirkətləri onilliklər ərzində resurslardan icarə haqqı ödəmədən istifadə etdilər, onlara ən əlverişli şərait yaradıldı, yeraltı sərvətlərin istifadəsi üzrə müqavilələr məxfi saxlanıldı. Ötən il Pentaqonun ayırdığı vəsait hesabına Alma-Atada təhlükəli bakteriya və virusların öyrənilməsi labarotoriyası, Şərqi Qazaxıstanda isə nüvə tullantıları poliqonu və az zənginləşdirilmiş uran mərkəzi açıldı.

ABŞ bazalarının yerləşdirilməsi və alternativ marşrutların inkişafı haqqında saziş, Avrasiya İqtisadi İttifaqının bəzi üzvləri tərəfindən qısqanclıqla qarşılanır. Bəziləri isə bu addımların KTMT, ŞƏT və digər təşkilatlar çərçivəsində bağlanan sazişlərə zidd olduğunu iddia edirlər. Əslində eyni zamanda həm Moskva, həm Pekin, həm də Brüssel ilə əməkdaşlıq edən Qazaxıstanın indi də ABŞ-ın hərbi müttəfiqinə çevrilməsi normal bir haldır. Siyasətin vəzifəsi dostların sayının artırılmasından ibarət olmalıdır. Bəzi dairələr İranla ABŞ arasında baş verə biləcək mümkün münaqişə zamanı Qazaxıstana aid limanların, Xəzərdəki neft və qaz yataqlarının cavab atəşinin hədəflərinə çevrilə biləcəyindən ehtiyatlanır. Çinin isə qərb sərhədlərində ABŞ-ın hərbi iştirakına, "İpək Yolu" layihəsinin taleyinə barmaqarası baxmayacağını iddia edirlər. Rusiyanın da Xəzərdə ABŞ ilə yola getməsi şübhəlidir.

Bütün bu iddialara baxmayaraq, Qazaxıstanın daxili iqtisadi və hərbi layihələrinə hamının hörmətlə yanaşması vacibdir. Qazaxıstan da eyni zamanda özünün, qonşu və müttəfiqlərinin maraqlarını ölçüb biçməlidir. Nəzərə almaq lazımdır ki, Qazaxıstan bu gün əldə etdiyi nailiyyətlərə görə məhz Qərb şirkətlərinə borcludur. Sonda Qazaxıstanı ABŞ-la əməkdaşlıqda ittiham edənlərin bir çoxu müxtəlif sahələrdə ya Vaşinqtonla əməkdaşlıq edir, ya da buna çalışır. Heç kimin digər bir dövlətin daxili işlərinə müdaxilə etmək haqqı yoxdur. Hər bir dövlət öz doktrinasına və milli maraqlarına uyğun müttəfiq və tərəfdaşlar seçməkdə müstəqildir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Azərbaycan-Qazaxıstan   ABŞ   Xəzər   Əfqanıstan  

Xəbər lenti

ABŞ-ın Azərbaycandan Qazaxıstana uzanan "yol xəritəsi" nəyə hesablanıb? - ANALİZ

2018/04/456456_1524127146_1524587412.jpg
Oxunub: 1437     20:33     24 Aprel 2018    