Milli Qəhrəman Şükür Həmidov: “Səninlə fəxr edirəm, əsgər!”

2018/04/thumbnail_f2ad3eeb655eef42e46981caca73577d3453_1524558137.jpg
Oxunub: 3563     16:11     24 Aprel 2018    
3 aprel 2016-cı il… Gecə saatlarıdır. İşğaldan azad edilmiş ərazilərdə hələ mövqelənmə işləri tam bərpa olunmayıb. Azərbaycan Ordusunun əsgərləri düşmənin öz qazdığı səngərindən özünə cavab verir. Həm də mövqelənmə işlərini davam etdirir. Bir neçə saat əvvəl əsgərlər növbəti döyüşdən üzüağ çıxıblar. Düşmən cəbhədə düşdüyü rəzil vəziyyəti həzm edə bilməyib ard-arda Lələtəpə istiqamətində əks hücumlar təşkil edir. Demək olar ki, növbəti gərgin günün gecələrindən biri yaşanır. Silahlar yenicə susub. Ara-sıra cəbhənin digər istiqamətlərindən küləyin gətirdiyi təkəmseyrək partlayış səslərini çıxsaq, zil qaranlıq gecəyə sükut hakim idi.

Hərbi hissə komandiri polkovnik Həmidov (Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidov-red.) onunla çiyin-çiyinə vuruşan əsgərlərini yoxlayır. Gündüzdən ərazinin üstünə çadır kimi çəkilən buludlar getdikcə dolmağa başlayır. Səngərdə isə üzü barıt hisindən qaralan döyüşçülərin kimisi avtomatının güllə sandıqçasını doldurur, kimisi də kürəyini uğrunda həlak olmağa hazır olduğu torpaq səngərə söykəyib siqaret çəkir. Komandir hər şeyin qaydasında – hər kəsin yerində və yaxşı olduğunu öyrənib ərazini yenidən dəqiq müşahidə edir. Bir az aralıda onun zabitlərlə hansısa məsələnin müzakirəsini aparmasının səsi eşidilir…

Bir neçə dəqiqədən sonra güclü yağış başlayır. Tanrı sanki həmin yağışla illərdir o ərazilərə dəyən düşmən ayağının izlərini yuyur. Üstəgəl zülmət gecənin bir saniyəsini aydınladan göy gurultusu… Artıq az əvvəlki sükutdan heç bir əsər əlamət qalmayıb. Küləyin köməkliyi ilə əsgərin üzünə çırpılan yağış damlaları barıt hisinin qarasını yumaqdan başqa heç nəyi dəyişmirdi qəhrəman əsgərin sifətində… Həmin günlər hər bir əsgər dişi qana batmış canavar təəssüratı bağışlayırdı hər kəsə. Əlbəttə ki, bu vəziyyəti anlamaq olardı. Əsgər eyni çarpayını, eyni yemək masasını, eyni dərs otağını, idman qurğusu və s. bölüşdüyü yoldaşını itirmişdi və ən nəhayət 25 yaşı olan milli qisasını alırdı. Yuxarıda sadalananlardan sonra qənaətə gəlmək olar ki, heç bir təbiət hadisəsi və ya fiziki təzyiq Azərbaycan əsgərini dəyişə bilməzdi…

Təxminən bir saatdan artıq davam edən güclü yağış dayanmışdı. Ətrafın səssizliyinə qənim kəsilən küləklə yağışın ahəngdar səsi yenə ətrafı sükutla baş-başa qoymuşdu. Ələ keçirilmiş erməni səngərlərində əsgərlərin geyimlərini qurudub bir az da olsun dincəlməsi üçün heç bir şərait yox idi. Ermənistan ordusu bundan artıq ola bilməzdi də… Polkovnik Həmidov qərar verir ki, əsgərləri 3-3, 5-5 öz keçmiş mövqelərinə yollasın. Çünki orada əsgərlərin öz geyimlərini qurudacaq, isinəcək və istirahət edəcək şərait var.

Arıtq gecənin zülməti üfiqdən boylanmağa hazırlaşan günəşin işığına məğlub olmaq üzrədir. O, səngərdə dayanan əsgərlərə bir-bir göstəriş verməyə başlayır. Bütün əsgərlər komandirin göstərişinə birbaşa tabe olaraq geriyə - keçmiş mövqelərindəki bölüyün dayaq məntəqəsinə yollanırlar. Bir-birlərini əvəz edən əsgərlər fürsətdən istifadə edib istirahət etməyə də macal tapırlar. Növbə döyüşlərdə iştirak edən ən kiçikboy və fiziki görkəm baxımından ən zəif əsgərə çatır. Komandir ona yaxınlaşıb islanmış və palçığa bulaşmış üst-başına nəzər salır. Öz komandiri qarşısında daha da ciddi durmağa çalışan əsgər sübhün soyuğundan bədəninin titrəməsinə hakim ola bilmir. Komandir ona baxıb dillənir: - Əsgər, araxaya gedib paltarlarını peçdə qurudub qayıdırsan! Həmin müddətdə isə bir az uzanıb dincələrsən!

Lakin əsgər komandirin üzünə baxıb üzünü silahını tuşladığı tərəfə tutur. Polkovnik Həmidov yenidən uca səslə eyni sözləri təkrarlayır. Kiçik və arıq vücuda sahib olan əsgər komandirə tərəf dönüb soyuqdan əsən çənəsinin titrəməsini güclə saxlayaraq dillənir: “Komandir, mənə irəli getməyi əmr edin! Mən bura gələndə Vətənə şərəf andı içdim ki, ölsəm də, buradan bir addım geri çəkilməyəcəm. Axı 25 ildir ki, bu günü gözləyirdik!” deyir və yuxusuzluqdan qızarmış gözləri ilə komandirin gözünün içinə baxır. Polkovnink Həmidov silahının kəmərindən tutaraq avtomatını kürəyinə çevirir və əsgəri bağrına basıb qucaqlayır. O, bərkdən sinəsinə sıxdığı əsgərin üzündən öpüb “Səninlə fəxr edirəm əsgər!” deyir.

P.S: Bu əhvalatı aprel döyüşləri zamanı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, Silahlı Qüvvələrin polkovniki Şükür Həmidovdan müsahibə alarkən onun öz dilindən eşitdim. Etiraf edim ki, göz yaşlarımı çətinliklə saxladım. Amma bu gün bunu yazmaqda məqsədim cəmiyyətdə bəzi xaricdən qidalanan satqınların ön cəbhədəki əsgərlərimizə dil uzatmaları oldu. Buyurun baxın… Bilmək olmaz hələ nə qədər kiçik boylu, arıq oğullarımızın sinəsində nə böyüklükdə ürək döyünür. Özü də Vətən yanğısı, Vətən eşqi ilə…

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Milli-Qəhrəman   Şükür-Həmidov   Lələtəpə   Əsgər  

Milli Qəhrəman Şükür Həmidov: “Səninlə fəxr edirəm, əsgər!”

2018/04/thumbnail_f2ad3eeb655eef42e46981caca73577d3453_1524558137.jpg
Oxunub: 3564     16:11     24 Aprel 2018    