İrəvandakı dəyişikliklər işğalçıya münasibəti dəyişməlidirmi? - EKSPERT ŞƏRHİ

2018/04/0b91ee623582460bbf410cecac463048_18456_1524484170_1524548609.jpg
Oxunub: 2672     09:41     24 Aprel 2018    
İrəvanda baş verən ixtişaşlar nəticəsində Ermənistan hərbi-siyasi səhnəsindəki dəyişikliklər bizim cəmiyyətdə də aktiv müzakirə olunur.

Bəzi müxalifət yönlü siyasi xadimlər və onların tərəfdarları bu hadisələri birmənalı inqilab adlandıraraq, Gürcüstandakı “qızılgül inqilabı" ilə də müqayisə edirlər. Onların fikrincə, Ermənistanda hakimiyyətə gələ biləcək yeni qüvvə bu ölkədə cəsarətli iqtisadi islahatlar aparacaq, ölkənin iqtisadi vəziyyətini təcili olaraq stabilləşdirəcək, onu yaxşılaşdırmağı bacaracaqlar.

Onların fikrincə, bu halda Ermənistanın siyasi nüfuzu beynəlxalq səviyyədə qat-qat artacaq. Rusiyadan və onun geosiyasi strateji layihəsindən qopacaq və daha sərbəst siyasət yeritməyə başlayacaq. Guya erməni xalqının bu sərbəst siyasəti Azərbaycan xalqına qarşı daha mehriban məramlar yaradacaq, Qarabağ probleminin həllində ölkəmizin maraqlarına uyğun razılaşmaların əldə edilməsinə gətirib çıxaracaq və iki xalqın arasında sülh və dostluq əlaqələri yaranacaq.

İkinci, daha mərkəzdə siyasi mövqe tutan siyasətçilərimiz və ziyalılarımız da hesab edir ki, bu hakimiyyət dəyişikliyi Ermənistan dövlətinin inkşafına bir təkan ola bilər.

Bu ölkənin nüfuzu həm beynəlxalq dövlətlərarası qurumlarda, həm də informasiya mənbələrində artacaq. Əgər Qərbin ideoloji rəqibi olan Rusiyanın tam ideya müttəfiqi olan Sarkisyan dövründə işğalçını BMT qətnamələrini yerinə yetirməyə məcbur edən yox idisə, yeni yaranmış vəziyyətdə, yəni qərbyönlü hakimiyyət gələrsə, bizim haqlı tələblərimizə ümumiyyətlə məhəl qoyan olmayacaq. Bu səbəbdən Ermənistanda Sarkisyan hakimiyyətinin və Qarabağ klanının iqtidarda olması bizim ölkənin mənafeyinə daha uyğundur.

Lakin ictimai qurumları və ya özünü təmsil edən bu şəxslərin qiymətli informasiya mənbələrinə giriş imkanı olmadan formalaşmış fikirləri çox səthi ola bilər.

Çünki erməni cəmiyyəti yaxşı bilir ki, Qərb, əsasən də axırıncı iki ABŞ rəhbərliyi Baltik ölkələri istisna olmaqla bütün postsovet məkanda geosiyasi təşəbbüsü bir regional lider olaraq Rusiyanın üzərinə buraxıb. Rusiyanın bu ölkədə total xarakter almış iqtisadi maraqları və Sovet İttifaqının varisi kimi hiss etdiyi geosiyasi maraqları hər bir Ermənistan hakimiyyəti tərəfindən ciddi nəzərə alınmalıdır. Bu hakimiyyətin siyasi və ideoloji yönümünün məsələyə qəti aidiyyəti yoxdur. Əks halda, Ermənistan dövləti həll edilməsi çətin, çox böyük problemlərlə üzləşə bilər ki, həmin problemlərin çözülməsi üçün də müəyyən obyektiv səbəblərə görə, Qərb dövlətlərinin imkanları sıfır dərəcəsindədir. Əgər bu məntiqi əldə rəhbər tutsaq, bəzi məsələlərdə eyforiyaya qapılmağın və ya alarmist bəyənatlarla “saçlara kül səpməyin" hələlik tez olduğunu başa düşməliyik. Əlbəttə cənub temperamenti bizlərə tam soyuqqanlı təhlilə mane olur. Amma bizim şanlı tariximiz, folklorumuz çoxlu sayda soyuqqanlılıq və müdriklik misalları ilə doludur. Xalqımız bu xüsusiyyətləri kult səviyyəsinə qaldırıb.

Məsələ hər iki düşərgənin güşündüyü qədər də sadə sxemli olmaya bilər. Məsələn, Serj Sarkisyan özünün hansısa bir “siyasi səhvinə" görə regionda hegemon olan qüvvələr tərəfindən işlənmiş material kimi Ermənistanın siyasi sistemindən xaric edilə bilər. Onun yerinə daha sözəbaxan, iqtisadi iştahası daha zəif, yaranmış yerli siyasi konyunkturaya daha uyğun bir qüvvə hakimiyyətə gətirilə bilər. Bu halda Azərbaycan üçün heç nə dəyişməyəcək. Öyrəşdiyimiz həmin siyasi trend davam edəcək.

Əlbəttə, bu olmaya da bilər. Doğrudan da, hər hansı bir möcüzə nəticəsində Ermənistanda elə bir siyasi qüvvələr hakimiyyətə gələ bilər ki, inqilabi iqtisadi islahatlar aparmağa özlərində mənəvi qüvvə hiss etsinlər. Bu halda Rusiyanın bir çox nüfuzlu şəxslərinə məxsus müəssisələr, bütöv iqtisadi sahələr dövlətin iqtisadi siyasətinə tam tabe edilməlidir. Onlar iqtisadiyyatın elə sahələrini əhatə edir ki, sakitlik xatirinə onların funksiyalarını nizamlamaqdan vaz keçmək mümkün deyil. Bu cəhdin hansı nəticələrə gətirib çıxara biləcəyini izah etməyə ehtiyac yoxdur.

Ona görə də tələsik nəticə çıxarmadan sevgimizi, şəhvətimizi boğaraq, vəziyyəti daha diqqətlə izləmək məqsədəuyğundur.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Ermənistan   Sarkisyan-rejimi   Qarabağ   İşğal  

Xəbər lenti

İrəvandakı dəyişikliklər işğalçıya münasibəti dəyişməlidirmi? - EKSPERT ŞƏRHİ

2018/04/0b91ee623582460bbf410cecac463048_18456_1524484170_1524548609.jpg
Oxunub: 2673     09:41     24 Aprel 2018    