Naxçıvanda komanda-qərargah təlimi keçirilib - FOTOLAR

2018/04/1524499076579171846_1000x669-3049001832_1524503868.jpg
Oxunub: 990     20:24     23 Aprel 2018    
Bu ilin hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun bir neçə birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimi başa çatıb.

Təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilib.

Təlimdə döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və təminatın təşkilinə xüsusi diqqət yetirilib. Təlimin ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək öz mövqelərinə çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.

Tabor və bölük taktiki qruplarının hücumunu artilleriya bölmələri praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.

Taktiki qrupların fəaliyyəti Ordu aviasiyası və Hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyat keçirilib.

Zabitlərin və qərargahların komanda-qərargah təlimində iştirakının yüksək səviyyədə təşkil olunması məqsədilə Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi keçirilək fəaliyyətlərin nəticələri təhlil edilib.

Tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulan bütün məqsədlərə tam nail olunub.

Ordu.az

Teqlər: Naxçıvan   Təlim   Əlahiddə-Korpus  

Xəbər lenti

Naxçıvanda komanda-qərargah təlimi keçirilib - FOTOLAR

2018/04/1524499076579171846_1000x669-3049001832_1524503868.jpg
Oxunub: 991     20:24     23 Aprel 2018    