Avropanın ən böyük hərbi təlimləri barəsində bilməli olduğunuz hər şey

2018/04/5646_1524488072.jpg
Oxunub: 730     23:52     23 Aprel 2018    
Avropanın ən böyük hərbi təlimləri artıq başlayıb. “Joint Warrior” təlimləri Avropa miqyasında dövlətlərarası nəhəng hərbi təlimdir. Bəs bu nə məqsəd daşıyır və nə qazandırır?

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimdə 17 dövlətdən 11600 nəfər iştirak etdiyi “Joint Warrior” təlimləri Avropanın ən genişmiqyaslı təlimidir.

O, NATO-nun təlim proqramı ilə əlaqəlidir və Birgə Ekspedisiya Qüvvələr Partnyor Dövlətləri üçün açıqdır. Bura Latviya, Estoniya, Litva və Estoniya da daxildir.

“Joint Warrior”a həm də qeyri-NATO ölkələri olan Avstraliya, Finlandiya və İsveç də qatıla bilir.

Keçmişdə təlimə 35 gəmi və 50 təyyarə qatılıb ki, bura Kral donanmasının “HMS Monmouth”, “HMS Portland”, “HMS Somerset”, “HMS Sutherland”, “HMS Cattistock” və s. gəmiləri daxildir.

İki ildən bir həyata keçirilən təlim bu il aprelin 21-dən mayın 4-ə qədər davam edəcək. Bu ilki təlim ssenarilərinə terrorizmlə, narkotiklə mübarizə, informasiya müharibəsi və evakuasiya əməliyyatları daxildir.

Təlim NATO müttəfiqləri və partnyor dövlətlərə hava, quru, dəniz və kiber qüvvələri birlikdə məşq etdirmə imkanı verir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Avropa   Joint-Warrior  

Avropanın ən böyük hərbi təlimləri barəsində bilməli olduğunuz hər şey

2018/04/5646_1524488072.jpg
Oxunub: 731     23:52     23 Aprel 2018    