C.Naxçıvanski adına Hərbi Liseyin yaranmasının ildönümü qeyd edilib - FOTOLAR

2018/04/a98c2373c88ebf267932bc905e4dd1f4_7621062730.jpg
Oxunub: 986     12:20     20 Aprel 2018    
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir sıra meydanına bayrağın gətirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Liseyin şəxsi heyəti, pedaqoji kollektiv, kursantların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər hərbi təhsil ocağının tarixi və hazırda görülən işlər barədə danışıblar.

Rəsmi hissədən sonra liseyin bir qrup şəxsi heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Mərasimdən sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.

Ordu.az

Teqlər: Naxçıvanski   Hərbi-Lisey  

Xəbər lenti

C.Naxçıvanski adına Hərbi Liseyin yaranmasının ildönümü qeyd edilib - FOTOLAR

2018/04/a98c2373c88ebf267932bc905e4dd1f4_7621062730.jpg
Oxunub: 987     12:20     20 Aprel 2018    