Zaxarova: “Azərbaycanla Rusiya arasında etibarlı əlaqələr mövcuddur”

2018/04/223_1524157250.jpg
Oxunub: 2337     00:17     20 Aprel 2018    
"Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir"

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
XİN rəsmisi Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın əsasında mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır.

"İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur", - deyə Zaxarova qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   Mariya-Zaxarova  


Bizi "telegram"da izləyin