Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTOLAR+VİDEO
Oxunub: 2505
22:24
19 Aprel 2018
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.
Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.