Qazaxıstan desantçıları öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşür

2018/04/2323323_1524034937.jpg
Oxunub: 1928     15:00     18 Aprel 2018    
Qazaxıstan Silahlı Qüvvələrinin Desant-Hücumçu Qoşunlarının İliy mərkəzində “Qoşun və radiasiya, kimyəvi və bioloji müdafiə hissələrinin tətbiqi və istifadəsi” mövzusunda seminar keçirilib.

Ordu.az Desantura.ru saytına istiandən xəbər verir ki, bu barədə Qazaxıstan ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, seminarda Azərbaycan, Belçika və Böyük Britaniyadan olan hərbi qulluqçular iştirak edib.

“Zamanla eyni tempdə addımlayaraq bizim xidmətimiz irəliyə baxmalıdır. Gördüyümüz və analiz etdiyimiz çağırış və təhdidlər artıq lokal deyil, transhüdudlu xarakter daşıyır. Kütləvi məhvetmə silahının düzgün olmayan əllərə düşməsi geri döndərilməsi mümkün olmayan nəticələr doğura bilər. Bu səbəbdən daima kimyəvi radiasiya, kimyəvi və bioloji vəziyyətə nəzarət etmək, təhlükəni zamanında müəyyənləşdirmək və müvafiq tədbirlər görmək lazımdır”, - deyə seminarda Qazaxıstan Silahlı Qüvvələri Deant-Hücumçu Qüvvələri Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Xidmətinin rəisi, polkovnik-leytenat Nurpeis Moldiyarov bildirib.

Tədbir çərçivəsində bilik və təcrübələrin mübadiəsi baş tutub, seminarda iştirak edən dövlətlərin nümayəndələri bioloji müdafiə və təhlükəsizlik məsələləri üzrə hesabatlar təqdim ediblər.

Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin