Ordu.az xəbər verir ki, bu barədə “Global Firepower Index” təşkilatı tərəfindən açıqlanan hesabatda bildirilib.
Ordumuz ötən illə müqayisədə reytinq siyahısında 6 pillə irəlilələməyə müvəffəq olub.
Dünyanın ən yaxşı ordularının ilk üçlüyü artıq bir neçə ildir ki, dəyişmir. Bu pillələrdə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb.
Türkiyə siyahıda 9-cu, İran 13-cü, İsrail 16-cı, Belarus 42-ci, Gürcüstan 82-ci pillədədir. Ermənistan isə Azərbaycandan 31 pillər geridə - 84-cü yerdədir. Siyahının son pilləsində Butan qərar tutub.
Qeyd edək ki, “Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. Təşkilat dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün 50-dən artıq müxtəlif amillərə diqqət edir. Nüvə arsenalına malik ölkələr əlavə bonus balları alırlar. Həmçinin NATO üzvü olan ölkələrə də əlavə ballar verilir.
Ağalar Qəribov
Ordu.az