Ermənistan MN-nin nümayəndə heyəti Rusiyaya səfər edəcək

2018/04/43535_1523969579.jpg
Oxunub: 1507     20:50     17 Aprel 2018    
Ermənistan SQ-nin nümayəndə heyəti zenit raket artilleriya komplekslərinin öyrənilməsi işində iştirak edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hava hücumundan müdafiə qoşunları rəisi-idarə rəisi, polkovnik Armen Vardanyanın rəhbərlik etdiyi işçi qrupu 17-19 aprel tarixində Taşkəntdə keçiriləcək MDB-yə üzv ölkələrin müdafiə nazirləri şurası nəzdində fəaliyyət göstərən HHM məsələləri üzrə koordinasiya komitəsinin növbəti iclasında iştirak edəcək.

Həmçinin Ermənistan ordusunun hava hücumundan müdafiə qoşunları rəisi-idarə rəisinin rəhbərlik etdiyi işçi qrupu 20-21 aprel tarixində zavod şəraitində Tulada keçiriləcək zenit raket artilleriya komplekslərinin öyrənilməsi tədbirində də iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-Rusiya   Təlim   ZRK  

Ermənistan MN-nin nümayəndə heyəti Rusiyaya səfər edəcək

2018/04/43535_1523969579.jpg
Oxunub: 1508     20:50     17 Aprel 2018    