Növbəti biabırçılıq: Ermənistan ordusunda rabitə vasitələri oğurlanır

2018/04/timthumb4566_1521024782_1521304291_1521706045_1522652463_1522673548_1523605633.jpg
Oxunub: 3424     15:45     13 Aprel 2018    
Ermənistan ordusunda rabitə vasitələri oğurlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətində biri digərinin ardınca müdafiə nazirliyinə məxsus hərbi hissələrin qeydiyyatında olan naqilli rabitə vasitələrini oğurlayırlar.

Hazırda Artur Abazyan və Artak Mukelyanı adlı şəxslər oğurluğa görə ittiham olunurlar.

Məlumata görə, onlar 2017-ci il 20 dekabr və 31 dekabr tarixləri arasında Koti-Barekamavan avtomobil yolu boyunca yerləşən hərbi hissələrin qeydiyyatında olan naqilli rabitə vasitələrini təmin edən agac dirəkləri və P-270 markalı kabeli oğurlayaraq, yaşadıqları həyətə gətiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Oğurluq   RABİTƏ  


Bizi "telegram"da izləyin