Müdafiə Nazirliyi: Düşmənin yaydığı məlumatlar yalandır

2018/04/345345_1523601736.jpg
Oxunub: 4375     14:35     13 Aprel 2018    
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Ordu.az-a verilən məlumata görə, Ermənistan tərəfinin yaydığı məlumatlar yalandır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Hovhannisyan özünün "Facebook" səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin guya Tavus vilayətinin Bağanis icması yaxınlığında mülki yük maşınını atəşə tutması barədə məlumat yaymışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Düşmən   Təxribat  


Bizi "telegram"da izləyin