Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsini yaradan, hərbi ekspert Vova Vartanov bildirib.
Erməni mətbuatına müsahibəsində sərsəm fikirlər səsləndirən Vartanov Rusiyanı ittiham edərək Azərbaycana qarşı təxribatçı fikirlər səslədirib.
"Azərbaycan Naxçıvanda hücum xarakterli bölmələr cəmləşdirir. Bölgədə Azərbaycanın təhlükəsindən yaxa qurtarmaq üçün yeganə yol olaraq, Azərbaycanın silahlı qüvvələrini məhv etməklə, Xəzəryanı sahənin yeni dövlətçilik əsasında nizamlamasında görürəm. Xəzəryanı bölgənin İsveçrə kimi konfederasiya şəklində qurulmasını arzulayıram. Bunların həyata keçirilməsində maraqlı adamlar tapmaq lazımdır", - deyə Vartanov sərsəm fikirlər səsləndirib.
Lakin bu fikirlərlə Vartanov əslində işğalçı Ermənistan hakimiyyətinin təxribatçı mövqeyini bir daha ortaya qoyub.
Daha sonra Rusiyanı ittiham edən erməni ekspert, Moskvanın maddi çətinliklər ucbatından hər kəslə əməkdaşlıq etməyə hazır olduğunu bildirməklə yanaşı, Ermənistanın da maddi imkanlarının olmadığını etiraf edib.
Alpər Mövludoğlu
Ordu.az