"Azərbaycan silah almaq üçün Rusiyadan asılı deyil" - Aleksandr Skakov

2018/04/5845334534_1516091127_1523344148.jpg
Oxunub: 4116     15:08     10 Aprel 2018    
"Azərbaycan silah almaq üçün Rusiyadan asılı deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov bildirib.

Rusiyalı politoloq, ölkəmizin Rusiyadan asılı olmadığını və digər ölkələrdən silah almaq üçün variantlarının olduğunu deyib: "Rusiyadan başqa, Azərbaycanın silah almaq üçün başqa variantları var. Məlum olduğu kimi, bu İsrail və silah satan digər ölkələrdir. Belə ki, Azərbaycan bu baxımdan bizdən asılı deyil".

Skakov eyni zamanda bildirib ki, Ermənistanda Rusiya hərbi bazasının mövcud olması nəzərə alınmalıdır.

"Bu vəziyyətdə Rusiya və Azərbaycanın ümumi maraqlarının olduğunu, eyni zamanda, ziddiyyətlərin də mövcudluğunu başa düşmək lazımdır", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Skakov   Rusiya-Azərbaycan   Silah-satışı  


Bizi "telegram"da izləyin