Erməni deputat: "Aprel üçün məsuliyyət daşıyanlar hökumət dəyişikliyindən sonra cəzalandırılacaq"

2018/04/01-26934534_1523261172.jpg
Oxunub: 4299     16:02     09 Aprel 2018    
"Aprel müharibəsi üçün məsuliyyət daşıyanlar yalnız hökumət dəyişikliyindən sonra cəzalandırılacaq. Hökumət dəyişməzsə, günahkarlar da cəzalandırılmayacaq. Əraziləri itirənlər, ölümlərin səbəbkarları, bunların hamısı araşdırılacaq. Lakin bu səhv, bunu törədən hakimiyyət tərəfindən araşdırıla bilməz".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə deputat Azat Arşakyan bildirib. Onun sözlərinə görə, bir adamın üzərinə heç bir məsuliyyət qoyulmamalıdır və oxların yalnız Seyran Ohanyana (sabiq müdafiə naziri - red.) yönəldilməsi yanlışdır.

Erməni deputat hesab edir ki, qüvvələrimiz tərəfindən azad edilən hektarlarla ərazinin qaytarılması problemi hələ də mövcuddur.

"Müharibədən iki il keçib. Bəziləri iddia edir ki, strateji əhəmiyyətə malik olmayan Lələtəpəni itirmişik, ilk növbədə məhz bu adamlar cəzalandırılmalıdır", - deyə Arşakyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Qələbə  


Bizi "telegram"da izləyin