Rusiyalı ekspert: “Azərbaycan Ordusunun döyüş hazırlığı dəfələrlə yüksəkdir”

2018/04/ArmedForcesDay_baku_vrez2_600_1523253483_3046513808.jpg
Oxunub: 3051     14:34     09 Aprel 2018    
“Azərbaycan öz potensialını əhəmiyyətli dərəcədə artıraraq Silahlı Qüvvələrin modernləşməsinə ciddi yatırımlar edib”.

Bu barədə Ordu.az rusiyalı hərbi ekspert Yuri Lyamin Rusiya və Azərbaycan arasında hərbi sənaye kompleksi sahəsində qarşılıqlı fəaliyyəti şərh edərkən bildirib.

“Rusiya son onillik ərzində Azərbaycan üçün müasir hərbi texnikanın əsas təchizatçılarından birinə çevrilir. Azərbaycanın Rusiyadan 2009-2016-cı illərdə silah almaq üzrə müqavilələrinin ümumi qiyməti 5 milyard dollar təşkil edib. Rusiyanın T-90S tankları, BMP-3 piyada döyüş maşınları, BTR-82A zirehli transportyoru, S-300PMU-2 zenit raket sistemləri, müxtəlif artilleriya sistemləri və digər hərbi texnikalarının təchizatı Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verdi”, - deyə Y. Lyamin vurğulayıb.

Onun sözlərinə görə, Azəraycan müxtəlif ölkələrdən silahların alışını həyata keçirərək öz Silahlı Qüvvələrinin modernləşməsi məsələsi ilə əsaslı şəkildə məşğul olub.

“Axı Rusiya ilə müqavilələrdən başqa Azərbaycan İsraillə iri müqavilələr imzalayıb, Türkiyə ilə əməkdaşlıq davam edir, bir sıra digər ölkələrdən silah idxalı həyata keçirilir. Ölkə rəhbərliyi tərəfindən prioritet maliyyələşdirmə və diqqət öz nəticəsini verir və bu gün Azərbaycan Ordusunun döyüş bacarığı səviyyəsi hətta 10-15 il öncə olandan dəfələrlə yüksəkdir”, - deyə hərbi ekspert qeyd edib.

Moskva və Ankara arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini analiz edən Y. Lyamin bildirib ki, hazırda Rusiya və Türkiyə arasındakı münasibətlər yetəricə qətiyyətli və surətli dəyişikliklərə məruz qalır, bu səbəbdən ölkələrin silahlanma sahəsində qarşılıqlı fəaliyyəti barədə dəqiq proqnozlar vermək çətindir.

Ümumilikdə regiondakı vəziyyət və Rusiya, İran və Türkiyə prezidentlərinin bu yaxınlarda baş tutan götüşünə toxunarkən ekspert Türkiyənin hazırda Rusiya, İran və Çinlə dostluq əlaqələri yaratmağa çalışması, bununla belə NATO üzvlüyünü saxlaması və ABŞ-la müttəfiq münasibətlərdə olmasını açıqlayıb.

“Türkiyənin Vaşinqtonla münasibəti indi gərgindir, lakin Ankara bu bağları qırmaq istəmir. Hərçənd mənim indiki şərtlər altında Türkiyə rəhbərliyinin bu hüdudda yeriyə biləcəyinə dair ciddi şübhələrim var”, - deyə ekspert əlavə edib.

Rusiya, Azərbaycan və Türkiyənin regional təhlükəsizlik çərçivəsində qarşılıqlı fəaliyyətinin mümkünlüyü məsələsini şərt edən rusiyalı ekspert əməkdaşlığını pis olmayan səviyyəsini fərqləndirib.

“Lakin bu əməkdaşlığın hazırda aşınılması mümkün olmayan hüdud və problemləri var. Belə ki, Türkiyə NATO üzvü olaraq alır və onun ərazisində Amerika hərbçiləri bazalanmağa davam edirlər. Bu, hazırda obyektiv faktdır və onu keçmək o qədər də asan deyil. Həmçinin Dağlıq Qarabağ problemidir ki, Rusiyanın KTMT üzrə müttəfiqi olan Ermənistanla münasibətləri də qalmaqdadır”, - deyə Y. Lyamin bildirib.


Sadıq Əli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   Qarabağ  


Bizi "telegram"da izləyin