Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş Qərargah rəisi, general Nika Karter bəyan edib.
“Karter Rusiyanın Suriyada tətbiq edilən qanadlı raketlərinin (böyük ehtimalla “Kalibr”lər nəzərdə tutulur – red.) böyük təhlükə mənbəyi olduğunu və Birləşmiş Krallığın onlardan müdafiə üçün vasitələri sahib olmadığını açıqlayıb.
“Təəssüf ki, Britaniyada son illər ərzində hərbi büdcə azalıb. Moskva son illər ərzində Böyük Britaniyanın yarışa bilməyəcəyi hərbi imkanlar nümayiş etdirir”, - deyə general bildirib.
“The Telegraph” qəzeti Britaniya hərbçilərinin Rusiyanın artilleriya, radioelektron mübarizə və kompüter texnologiyaları sahəsində üstünlüyündən narahat olduğunu qeyd edir.
Ağalar Qəribov
Ordu.az