Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalına BMT baş katibinin Yəmən üzrə xüsusi səfiri İsmayıl üld Şeyx Əhməd bəyan edib.
“Yəmən münaqişəsinin tərəfləri münaqişənin tənzimlənməsi üzrə yeni siyasi danışıqlara başlamaq imkanına müsbət yanaşdılar”, - deyə Şeyx Əhməd bildirib.
O, bütün maraqlı partiyaları bu mərhələsinin uğurunun zəmanət altına alınması üçün aktiv addımlar atmağa səsləyib.
Şeyx Əhməd münaqişə edən tərəflərin bu siyasi proseslərin tənzimlənməsi üçün lazım olan addımları atmasını təmin edəcək bütün mərəhlələrin tərəflərə təqdim olunacağını da açıqlayıb.
Ağalar Qəribov
Ordu.az