Ordu.az “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin rəsmi nümayəndəsi Türki əl-Maliki bəyan edib.
“Biz Qərb dövlətləri ilə raketlərin buraxılışı, atışı və məhv ediməsi barədə kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçiririk”, - deyə əl-Maliki bildirib.
Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının mübadiləsi həmçinin huslərin ballistik raketlər sahəsində mövcud olan imkanları barədə də aparılır.
Xatırladaq ki, husilər mütəmadi olaraq Səudiyyə Ərəbistanının ərazisini raketlərdən atəşə tuturlar.
Ağalar Qəribov
Ordu.az