Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə nazir özü bildirib.
“Biz İranla ballistik raket və regional məsələlər üzrə dialoqa başlamışıq”, - deyə Lö Drian dünən verdiyi müsahibədə bildirib.
Lö Drianın səfəri yanvar ayına planlaşdırılsa da, İranda 3 həftə davam edən hökumət əleyhinə etirazlardan dolayı təxirə salınıb.
“Fransa Yaxın Şərqdə İranın hərbi təsirini və onun Hizbullah və Husilərə maliyyə dəstəyini dayandırmağa ümid edir. Buna görə də mən martın 5-də İrana gedəcəm”, - deyə nazir söyləyib.
Lö Drian Tehranda İranlı həmkarı Cavad Zəriflə görüşəcək.
Ağalar Ağalarlı
Ordu.az