“Türkiyə Afrin əməliyyatı barədə ABŞ-ı öncədən məlumatlandırıb” – Mettis

2018/01/4634118768768_1516606452.jpg
Oxunub: 2070     14:16     22 Yanvar 2018    
“Türkiyə Suriyanın şimalında Vaşinqton tərəfindən dəstəklənən PYD koalisiyasına qarşı avaiauçuşlar həyata keçirəcəyi barədə ABŞ-ı xəbərdar edib”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Türkiyə səmimi idi. Onlar aviasiya göndərməzdən və zərbələr endirməzdən barədə bizə xəbərdarlıq etdilər”, - deyə Mettis bildirib.

Onun sözlərinə görə, Pentaqon indi də bundan sonra nə etmək barədə düşünür.

“Biz bu məsələni həll edəcəyik”, - deyə Mettis vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   Afrin-əməliyyatı  


Bizi "telegram"da izləyin