ABŞ müdafiə naziri Ceyms Mettis dünən İndoneziya və Vyetnamla ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində sıx qarşılıqlı əməkdaşlığın yoluna qoyulması üçün bu ölkələrə səfər edib.
Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərb KİV-ləri məlumat yayıb.
“Biz Sakit okeanı istifadə edirik, onun adı artıq bu okeanın sülhə sadiq qaldığına işarədir və biz istəyirik ki, Sakit okeanı istifadə edən bütün ölkələr inkişaf etsin”, - deyə Mettis səfər zamanı onu müşayiət edən jurnalistlərə bildirib.
O həmçinin Vaşinqtonun Asiyanın suveren ölkələrinə hörmətlə yanaşdığını, onların səs hüququ və qərar qəbul etmə suverenliyini tanıdığını açıqlayıb.
“Biz hesab etmirik ki, daha kimsə onların iqtisadiyyatı, siyasəti və qərarları, milli təhlükəsizliklərinə münasibətdə istisna hüquqlara malikdir”, - deyə Mettis vurğulayıb.
Ekspertlərin fikrincə, Mettisin bu səfəri regionda Çin və Rusiyanın təsirini azaltmağa, ABŞ siyasətinin üstünlüyünə nail olmaq məqsədi daşıyır.
Ağalar Qəribov
Ordu.az