Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransanın BMT TŞ-dəki daimi nümayəndəliyindən bildiriblər.
“Biz Təhlükəsizlik Şurasını baş tutacaq növbəti iclasda Suriyada humanitar vəziyyət və daha geniş planda ölkədə baş verən son hadisələrə diqqətimizi yönəldəcəyimiz barədə məlumatlandırmışıq. Məsələ Afrində deyil. Diqqət Şərqi Quta və İdlibə yönəldiləcək. Təbii ki, Afrin mövzusuna da toxunulacaq”, - deyə nümayəndəlikdən qeyd ediblər.
Qeyd edək ki, Suriya məsələsi BMT Təhlükəsizlik Şurasının bu gün gün keçiriləcək iş proqramına daxil edilməyib.
Ağalar Qəribov
Ordu.az