Ordu.az NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.
"İranın narazılıqlarını aradan qaldırmaq üzərində çalışırıq, Rusiyanın isə bu məsələ ilə bağlı heç bir narazılığı yoxdur", - deyə Türkiyə baş naziri bildirib.
Binəli Yıldırım həmçinin Ankaranın Moskva və Tehranın vasitəçiliyi ilə rəsmi Dəməşqlə əlaqə saxladığını açıqlayıb.
Onun sözlərinə görə, Afrində PYD-yə dəstək göstərən qüvvələr kim olmalarından asılı olmayaraq Türkiyə Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.
Ağalar Qəribov
Ordu.az