Kabildə “Inter-Continenal” hotelində əməliyyat davam edir: Girovlar var (YENİLƏNİB)

2018/01/4545841541_1516474697.jpg
Oxunub: 2157     04:50     21 Yanvar 2018    
Ordu.az BBC-yə istinadən xəbər verir ki, Əfqanıstan DİN-in yaydığı məlumata görə Xüsusi təyinatlı qüvvələr hücum edən silahlıların ikisini məhv edib. Hal-hazırda digərlərinin zərərsizləşdirilməsi üçün əməliyyatlar aparılır.

Məlumatda əsir götürülənlərdən ən azı 5 nəfərin yaralandığı bildirilsə də, yerli mənbələr silahlıların hoteldəki qonaqlara atəş açdıqlarını və bir neçə nəfərin öldürüldüyünü iddia edir.

BBC-nin müxbiri Nəsrət Rəhiminin məlumatına görə, təhlükəsizlik qüvvələri binanın birinci mərtəbəsini təmizləyib.

Bəzi məlumatalara əsasən, hücum zamanı hoteldə vilayət rəhbərlərinin də qatıldığı İT konfransı keçirilirdi.

Hoteldə çox sayda qonağın olduğu və bir hissəsinin otaqlarda gizləndiyi bildirilir.

“Bilmirəm onlar hotelin içindədirlər yoxsa, yox, lakin birinci mərtəbədən atəş səsləri eşidirəm. Biz öz otaqlarımızda gizlənmişik. Yalvarıram onlar bizi ələ keçirib öldürməmiş bizi azad edəsiniz”, - deyə bir qonaq bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın Kabuldakı səfirliyi şəhərdəki hotellərə xəbərdarlıq edərək ekstremist qrupların şəhərdəki hotellərə qarşı hücum planı qurduqları haqda məlumat əldə etdiklərini bildirib.

*****

Kabilin ən böyük tikililərindən olan “Inter-Continental” hotelinə 4 silahlı hücum edib.

Ordu.az “Aljazeera” agentliyinə istinadən xəbər verir ki. bu barədə Əfqanıstan təhlükəsizlik qüvvələri məlumat yayıb.

Basqınçılar arasında kamikadzelərin olduğu da güman edilir. Hadisənin şahidləri hal-hazırda binanın bir hissəsinin yandığını və xeyli sayda şəxsin binada girov saxlanıldığını bildirib.

Hökumət nümayəndəsi hazırda təhlükəsizlik qüvvələrinin silahlılarla atışma apardığını deyib. Agentliyin ərazidə olan müxbiri də atəş səslərinin eşidildiyini bildirib.

Hələlik heç bir qruplaşma hücumla bağlı məsuliyəti öz üzərinə götürməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabul   Inter-Continental   Əfqanıstan  


Bizi "telegram"da izləyin