Pekin “Agni-V” raketlərindən narahat olmalıdırmı? - ANALİZ

2018/01/456456_1516445478.jpg
Oxunub: 797     14:48     20 Yanvar 2018    
Yeni Dehli nüvə silahlarının təkmilləşdirilməsində böyük addımlarla irəliləyir, lakin bəzi müşahidəçilər bu hərbi güclənmənin bir neçə səbəbi olduğunu bildirir.

Hindistan sonuncu uğurlu uzaqmənzilli nüvə qabiliyyətli raket sınağı ilə Pekinin yüksələn hərbi imkanlarına qarşı effektli çəkindirmə gücünə bir qədər də yaxınlaşmış oldu. Yeni raketin uçuş mənzili Çinin istənilən nöqtəsinə nüvə zərbəsi endirməyə imkan verir.

Hindistan Müdafiə Nazirliyinin bəyanatına görə “Agni-V” qitələrarası ballistik raket (QABR) cümə axşamı Benqal körfəzindəki Əbdül Kəlam adasından atılıb. 5000 kilometr uçuş mənzilinə sahib olan raket Asiyanın demək olar ki, hər yerinə, Avropa və Afrikanın isə bəzi hissələrinə nüvə başlığı daşıya bilər.

Sinqapur Dövlət Universitetinin Cənubi Asiya Araşdırmalar İnstitunun tədqiqatçısı Raci Rəncan Çaturvedinin sözlərinə görə, həmin uğurlu atış Hindistanın effektli nüvə çəkindirməliyinin inkişafında yeni mərhələdir.

“Çin uzunmüddətli perspektivdə potensial təhdiddir və buna görə də, digər dövlətlər kimi Hindistan da öz müdafiə imkanlarını gücləndirir”. – deyə o bildirib.

Lakin tədqiqatçı qeyd edir ki, Dehli sadəcə Pekinin etdiklərində narahat deyil. Onunun öz agendası var.

“Hindistanın müdafiə proqramı olduqca sistematikdir. Çinin təcavüzkar davranışları vacib faktor ola bilər, lakin o yeganə faktor deyil. Hindistan yüksələn bir gücdür və onun möhkəm müdafiə qüvvəsinə ehtiyacı var”, - deyə Çaturvedi əlavə edib.

Çin Xalq Azadlıq Ordusu İkinci Artilleriya Korpusunun sabiq təlimçisi Sonq Çonqpinqin sözlərinə görə, Hindistanın yeni raket atışının zamanlaması ən azı KXDR qədər dünyadakı gərginliyi artırır.

“Times of İndia” bildirib ki, Agni-V raketinin uğurlu atışı Hindistanın BMT TŞ-nin daimi üzvü olmaq istəyinə əlavə təkan verəcək. TŞ-nin beş daimi üzvünün hamısı, Çin, ABŞ, Birləşmiş Krallıq, Rusiya və Fransa nüvə ölkələridir.

Hal-hazırda Honkokdakı “Phoenix” televiziyasının hərbi şərhçisi olan Sonq qeyd edib ki, dünyadakı vəziyyətdən də əlavə Pekin özü üçün də Hindistanın böyüyən nüvə imkanlarını düzgün qiymətləndirməlidir, onu xor görmək olmaz.

“Agni-V sadəcə strateji silah deyil, o həm də yüksək mobillik və gizlilik qabiliyyətinə malik real döyüş silahıdır. Əgər o kütləvi şəkildə istehsal olunsa, bu Çinə qarşı böyük meydan oxumağa yol açacaq”, - deyə Sonq əlavə edib.

Sonq düşünür ki, bir ədəd nüvə başlığı daşıya bilən “Agni-V” həm də bir neçə vasitə daşıya bilən “Agni-VI”-ya doğru atılmış addımdır.

“Görünür ki, sözügedən QABR-ın yeni nəsli olacaq “Agni-VI” çoxsaylı, müstəqil olaraq hədəf seçə bilən başlıqlarla təchiz olunacaq. Dehli bu imkanlara sahib olduğunda isə, Pekin üçün böyük bir təhlükə olacaq”, - deyə Sonq bildirib.

Yeni Dehlidəki Cəvahiral Nehru Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun professoru olan Suaran Sinqin fikirlərinə görə, ortada gəzən söz-söhbətə baxmayaraq, Dehlinin daha böyük nüvə imkanına malik olması Çin-Hindistan əlaqələrində yaxınlaşmaya səbəb ola bilər.

“Agni-V” tam şəkildə istifadəyə verilənə qədər Hindistan Çindəki əsas hədəflərə çata bilmədiyinə görə zəif rəqib olaraq qalacaq. Lakin onun istifadəyə verilməsi Çini nüvə riskini azaltmağa və Hindistanla təhlükəsizlik və qarşılıqlı inamı artıran tədbirlər görməyə sövq edə bilər. Bu da, Çinin Hindistanın bir nüvə gücü statusunu qəbul etməsi mənasına gələ bilər”, – deyə professor bildirib.

Makaoda yaşayan icmalçı Antoni Vonq Donqun sözlərinə görə, Hindistanın 1980-ci illərə aid “Agni” raket ailəsini təkmilləşdirilməsi Çin üzərində ona üstünlük qazandırır.

“Məhz buna görə Pekin özünün raketdən müdafiə sistemlərini ikişaf etdirir”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Agni-V   Çin-Hindistan  

Xəbər lenti

Pekin “Agni-V” raketlərindən narahat olmalıdırmı? - ANALİZ

2018/01/456456_1516445478.jpg
Oxunub: 798     14:48     20 Yanvar 2018    