Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.
“Hazırki dəyişikliklər dövründə bizi hərbi imkanlarımız güclüdür, lakin rəqiblərimizin üstünlüyü bütün sahələrdədir – həm havada, həm dənizdə, həm torpaqda, həm kosmosda, həm də kiber mühitdə. Bunun nəticəsi olaraq ABŞ-ın hərbi üstünlüyünü tədricən azalır”, - deyə Mettis bildirib.
Onun sözlərinə görə, texologiyaların ABŞ-ın büdcə çatışmazlığı şəraitində davamlı inkişafı Vaşinqtonun hərbi imkanlarının azalmasına səbəb olur.
“Bütün bunların nəticəsi olaraq ABŞ Silahlı Qüvvələri artıq dərəcədə yüklənmiş və komplektləşdirilməmiş qoşuna çevrilir”, - deyə Pentaqon rəhbəri vurğulayıb.
Ağalar Qəribov
Ordu.az