Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, istintaqı həyata keçirən Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Tədqiqatlar Bürosu əməkdaşlarının birgə qrupu Çin tərəfinin keçmiş MKİ əməkdaşı Cerri Çun Li Şindən artıq məlumat aldıqlarını düşünürlər. Çin isə bu məlumatları həmçinin Rusiya ilə bölüşə bilərdi və onlar Çin və Rusiya ərazisindəki ABŞ cəsuslarının müəyyənləşdirilməsində istifadə oluna bilərdi.
Lakin NBC telekanalının məlumatına görə, Çin və Rusiya arasında belə bir mübadilənin baş verməsini təsdiq edəcək heç bir mənbə mövcud deyil.
Ağalar Qəribov
Ordu.az