ABŞ Kiyevə pulsuz silah verəcəyini təsdiq etdi

2018/01/javelin4576_1516433304.jpeg
Oxunub: 1516     15:31     20 Yanvar 2018    
“Amerika hökuməti “Javelin” tank əleyhinə raket kompleksləri də daxil olmaqla Ukraynaya verilən yeni hərbi yardımın ən azı yarısını özü ödəyəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi məlumat verib.

O xatırladıb ki, Vaşinqton dekabr ayında Kiyevə hərbi yardımı genişləndirəcəyi və “Javelin”lər də daxil olmaqla müdafiə silahlarının təchizatına başlayacağını bəyan edib.

“Biz Ukraynanı “Javelin” sistemləri də daxil olmaqla, tank əleyhinə müdafiə vasitələri ilə təchiz etmək niyyətindəyik. Lakin hərbi təyinatlı alışlar və operativ planlar barədə məlumat üçün Ukrayna hökumətinin fikrini öyrənmək daha doğru olar”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni hərbi yardıma silahlar və döyüş sursatları daxildir və ABŞ hökuməti bütün bu hərbi texnikanın ən azı yarısını özü ödəyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kiyev   Javelin  


Bizi "telegram"da izləyin