ABŞ senatoru: ABŞ-ın yeni müdafiə strategiyası büdcəsiz heç nədir

2018/01/1060x600-bd660260f21324c81129eeb4f5686f2b45645_1516432104.jpg
Oxunub: 3791     15:05     20 Yanvar 2018    
ABŞ senatoru Con Makkeyn dünən açıqlanan Milli Müdafiə Strategiyasının konqres büdcəni təsdiqləmədiyi halda mənasız olacağını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, senator öz tvitter hesabı vasitəsilə məsələyə münasibət bildirib.

İki tvit atan senator, öz tvitlərində aşağıdakı fikirləri səsləndirib.

“Biz Konqresin ikipartiyalı büdcə razılaşmasına nail olmaqda uğursuz olmasının nəticəsində məhdudlaşdırma və ya başqa sonsuz həll ilə üz-üzəyik. Hər iki seçim də ordu üçün dağıdıcı olacaq”.

“Nazir Mettisin yeni Milli Müdafiə Strategiyasını – hazırlıq böhranına və ordumuzun gücünün bərpasına fokuslanmış – maliyyələşdirə bilmiriksə, mənası yoxdur”.




Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MTS   Con-Makkeyn  


Bizi "telegram"da izləyin