ABŞ vitse-prezidenti Yaxın Şərq turnesinə başlayır

2018/01/5a60b61f1835617e518b456756786_1516431442.jpg
Oxunub: 4075     14:54     20 Yanvar 2018    
Bu gün Misirə ediləcək səfərlə ABŞ vitse prezidenti Maykl Pensin Yaxın Şərq ölkələrinə səfəri başlayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pens həmçinin İordaniya və İsrailə də səfər edəcək.

Misir, İordaniya və İsrail liderləri ilə keçiriləcək görüşlərin əsas müzakirə mövzuları terorizmlə müdafiə və böyük ehtimalla ABŞ-ın Qüdsə dair mövqeyi olacaq.

“Vitse-prezident Birləşmiş Ştatların öz müttəfiqlərinə regionda gələcək nəsillərə təhlükə olan terrorizmlə mübarizə məsələsinə sadiqliyini göstərmək məqsədilə Yaxın Şərq səfərinə yollanır. Vitse-prezident Misir, İordaniya və İsrail liderləri ilə görüşərək terrorizmlə mübarizə və bizim (ABŞ-ın – red.) milli təhlükəsizliyimizin möhkəmləndirilməsini müzakirə edəcək”, - deyə Maykl Pensin mətbuat katibi Alissa Fera bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Maykl-Pens  


Bizi "telegram"da izləyin