Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Stern” nəşri məlumat yayıb.
TOS-1 “Armata”nın platforması üzərində quraşdırılıb və onu mobilliyin artırılması sistemi ilə təchi edəcəklər, “Bumeranq” döyüş platforması isə onun əsasına çevriləcək.
Belə TOS-1-lər Rusiyada artıq istifadə olunmağa başlayıb.
Alman jurnalistlərin fikrincə, Rusiya odsaçanının dünyada analoqları yoxdur: Rusiyadan başqa onları həm də Suriya hökumət qüvvələri istifadə edir.
TOS-1 reaktiv yaylım atəşi sistemi 30 borudan ibarətdir və onların hər biri istilik döyüş başlığı raketi buraxa bilir.
Bu raketlərin bir hədəfin zərərsizləşdirilməsi üçün “aerozol bombaları”effekti yaradır və güclü partlayış dalğası yaranır. Bu dalğa isə öz növbəsində vakuma səbəb olur.
Alman ekspertlərin fikrincə, TOS-1 o qədər təhlükəlidir ki, bunker və ya blindajlarda ondan xilas olmaq mümkün deyil.
Ağalar Qəribov
Ordu.az