Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunda olan mənbələr məlumat verib.
Pilot qadına polkovnik-leytenant rütbəsi verilib və bu hadisə israilli siyasətçilərin iştitrakı ilə silahlı qüvvələrdə gender bərabərliyinin müzakirə edilməsi ilə üst-üstə düşüb.
“O, İsrail tarixində bu vəzifə və rütbədə olan ilk qadındır”, - deyə hərbçilər bildiriblər.
İsraildə olan gizlilik qaydalarına uyğun olaraq ordunun mətbuat xidməti qadının adını və şəklini açıqlamayıb, yalnız soyadının ilk hərfi məlumdur – T. Həmçinin qadının hərbi nəqliyyat aviasiyasında xidmət etdiyi, 35 yaşında və 2 övladının olduğu da məlumdur.
O cümlədən İsrail Hərbi Hava Qüvvələrinin tarixində başqa bir qadın da polkovnik-leytenant rütbəsinə yüksəldilərək aviadispetçer xidmətində komandir vəzifəsinə təyin olunub.
Ağalar Qəribov
Ordu.az