Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İspaniya Müdafiə naziri bildirib.
Əfqanıstan Prezidenti Əşrəf Qani ilə İspaniya Prezident Sarayında görüş keçirən İspaniya Müdafiə naziri Mariya Dolores de Kospedal Əfqanıstanın hazırki təhlükəsizliyi və iki ölkə arasındakı əlaqələri müzakirə edib.
Müdafiə naziri bildirib ki, İspaniya NATO-nun Qətiyyətli Dəstək Missiyasının tərkibində Əfqanıstan Xüsusi Təyinatlılarına verdiyi dəstəyi davam etdirəcək.
İspaniya 2002-ci ildən etibarən Əfqanıstana ümumilikdə 29861 əsgər göndərib. Bu İspaniyanın müasir Silahlı Qüvvələrinin ən uzunmüddətli hərbi əməliyyatıdır. Bu əməliyyatlar nəticəsində 102 ispan əsgəri həlak olub ki, bunun da 62-si 2003-cü ildə vətənə dönən ispan təyyarəsinin Türkiyədə qəzaya uğramasından dünyasını dəyişib.
Ağalar Ağalarlı
Ordu.az