Nazarbayev və Quterreş Qazaxıstanın BMT TŞ-də sdərliyini müzakirə ediblər

2018/01/4632867456456_1516346073.jpg
Oxunub: 2994     15:20     19 Yanvar 2018    
Nyu-Yorkda Qazaxıstan prezidenti Nursultan Nazarbayev və BMT baş katibi Antonio Quterreş görüşərək Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədr seçilməsi ilə bağlı müzakirə aparıblar.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Görüş başlamamışdan öncə Qazaxıstan prezidenti fəxri qonaqlar dəftərində qeyd qoyub. Görüş çərçivəsində tərəflər Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi ilə bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Quterreş Nazarbayevlə Suriya münaqişəsinin tənzimlənməsi, bu tənzimlənmədə Astana formatının rolu, həmçinin Mərkəzi Asiyada vəziyyəti müzakirə edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   BMT  


Bizi "telegram"da izləyin