Qoşunlar, kamera, radiasiya detekdorları: Çin KXDR-lə böhrana hazırlaşır

2018/01/1405645646_1516344626.jpg
Oxunub: 4284     14:50     19 Yanvar 2018    
Çin Şimali Koreya sərhədi boyunca təhlükəsizliyi artırmaq məqsədilə yeni nəzarət kameraları quraşdırıb, əlavə təhlükəsizlik qüvvələri yerləşdirib və radiasiya detektorlarını işə salıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vaşinqton və Pxenyan arasındakı deyişmə Çində narahatlığı yüksəldib.

Çinin əsas narahatlığı isə 1420 milometr sərhədi olan KXDR-dən milyonlarla qaçqının ölkəyə daxil olması və nüvə radiasiyasının Çin qəsəbələrini də vura bilmə təhlükəsilə bağlıdır.

Rəsmilər hazırlıqları qəbul etməsə də, yerli sakinlər ön xətt boyunca patrulların artdığını bildirir. Sərhəd şəhərlərdə radiasiya monitorları fəaliyyətdədir. Yerlilər şimallılarla əlaqələrin qırıldığını söyləyir.

Yalu çayı ilə Şimali Koreyadan ayrılan böyük ticarət mərkəzi oan Dandonqda sərhəd hasarına yapışdırılan qırmızı bir afişada sakinlər üçün Soyuq Müharibə dövrünə bənzər bir bildiriş yazılıb:

“Cəsusluq edən vətəndaşlar və ya təşkilatları dərhal milli təhlükəsizlik qüvvələrinə report edin”.

Danqdonqun xaricində yeni nəzarət nöqtələri qurulub. Yerli sakinlərin məlumatına görə bu nöqtələr oktyabr ayından qurulub. “Əvvəllər koreyalılar bizim tərəfə balıq ovuna gəlirdilər, artıq buna cəsarət etmirlər. Ordu patrul fəaliyyəti aparır”, - deyə Yalu çayının Çin tərəfində yaşayan balıqçı Çanq Fuquan bildirib.

Əks tərəfdə isə Şimali Koreyalı əsgərlər firuzəyi nəzarət qüllələrində diqqətlə müşahidələr aparır və ən azı bir döyüş təyyarəsi əraziyə nəzarət edir.

Ekspertlər həmin təyyarənin Stalin dövründən qalma “llyushin II-28” yüngül bombardman təyyarəsi yaxud onun Çin bənzəri olduğunu bildirirlər.

ABŞ-da yerləşən beyni mərkəzi Beynəlxalq Dəyərləndirmə və Strategiya Mərkəzinin əməkdaşı Rik Fişerin sözlərinə görə şimallılar Yalu boyunca patrul gəzintisi aparırlar.

“Onlar Çin tərəfdə bacardıqca çox şey görmək istəyir və qəsdən Çinin həyəcanını qaldırmağa çalışırlar”, - deyə Fişer qeyd edib.

Qeyd edək ki, son zamanlarda Pekinin təkrarlanan raket və nüvə sınaqlarına görə gizli müttəfiqinə cəza məqsədi daşıyan BMT sanksiyalarını dəstəkləməsi Çin və KXDR arasındakı əlaqələri pisləşdirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Koreya-böhranı  


Bizi "telegram"da izləyin