KXDR nə planlaşdırır? | Şok peyk görüntüləri

2018/01/North-Korea-photos-90638845645_4549031226.jpg
Oxunub: 3781     14:34     19 Yanvar 2018    
Yeni əldə edilən şok peyk görüntüləri göstərir ki, Şimali Koreya gələn ay başlayacaq Qış Olimpiyadalarının açılış mərasimilə eyni vaxtda öz gücünü nümayiş etdirməyə hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Koreyalar arasında danışıqların davam etməsinə baxmayaraq son həftələrdə əldə edilən görüntülər şimalın dəhşətli bir nümayişə hazırlaşdığını göstərir.

Təsvirlər hərbi hadisə üçün toplaşan əsgərlərin hər həftə daha da artdığını göstərir.

Parad halqasının səthini örtən qara və soyuqa rəğmən son iki ay ərzində yüzlərlə əsgər nümayişə hazırlaşıb. Olimpiyadaya görə dünyanın gözünün Koreya yarımadasında olduğu bir vaxtda, Kim Çen In ordusunun gücünü göstərmək üçün mükəmməl bir şansın ələ düşdüyünü düşünür.

ABŞ-da yerləşən Koreya Risk Qrupunun təhlilçisi Skot Lafoy Mirim Parad Təlim Bazasının peyk görüntülərinin Pxenyanın hanısa naməlum hərbi akt üçün hazır vəziyyətdə dayandığını bildirib.

“Hal-hazırda paradda piyada və ya digər hərbi personal, ənənəvi bir hərbi qrup və ehtimal ki, əlavə personal olmaqla 28 dəstə var”, - deyə o əlavə edib.

“Lakin parada hazırlıq üçün vaxt azdır. Paradçıların təlim və praktikaya ehtiyacı var. Buna görə də iştirakçılar koordinasiya edilir. 2015-ci il oktyabrın 10-dakı parad üçün 6 ay var idi. Bu parad isə çətin hava şəraitində və cəmisi iki ay ərzində hazırlanıb. Ehtimal olunan parada qədər sadəcə 3 həftə var, ağır sursatların parad ərazisinə aparılması üçün çox az vaxt qalıb. Nəqliyyat vasitələri məşq etmək və hazır vəziyyətə keçmək üçün kifayət edəcək vaxtda əraziyə çatmalıdır”, - deyə o əlavə edib.

Lakin Lafoy istənilən halda qeyri-adi zamanlama səbəbilə paradın nə qədər böyük, yaxud da hansı dərəcədə detallı olacağının tam dəqiqliklə aşkar edilməsinin çətin olduğunu bildirib.

“Bu parad olduqca qeyri-səciyyəvidir. Paradlar adətən fevralda edilmir. Digər səciyyəvi hadisələrlə bunun hazırlığını uyğunlaşdırmaq çətindir”, - deyə təhlilçi əlavə edib.

Lakin paradın miqyasından asılı olmayaraq, yarımadanın belə bir həssas vaxtında hər hansı hərbi xarakterli addım Seul və Vaşinqtonun səbr kasasını daşacağı dəqiqdir.





Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin