Tramp: “Meksika dünyanın ən təhlükəli ölkəsidir”

2018/01/176_1516341210.jpg
Oxunub: 3876     13:51     19 Yanvar 2018    
“Hazırda Meksika dünyanın ən təhlükəli ölkəsidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında məlumat yerləşdirib.

“Bizə ölkəmizin təhlükəsizliyi üçün divar lazım deyil. Bizə divar indi dünyanın ən təhlükəli ölkəsi olan Meksikadan irimiqyaslı narkotik axınının qarşısını almaq üçün lazımdır. Divar olmasa, razılaşma da olmayacaq”, - deyə Tramp bildirib.

Xatırladaq ki, daha öncə Ağ Ev əməkdaşları aparatının rəhbəri “Fox News” telekanalında ABŞ-ın əvvəlki kimi Meksika ilə sərhəddə divarın çəkilməsi niyyətində olduğunu vurğulayıb.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika  


Bizi "telegram"da izləyin