Polşa ABŞ-ın hərbi kontingentinin genişləndiriləcəyinə ümid edir

2018/01/1516268943_us_army_poland43_1516293702.jpg
Oxunub: 3723     00:40     19 Yanvar 2018    
“Ümid edirik ki, Amerika hərbçilərinin Polşa ərazisində sayı artacaq”.

Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə Polşa milli müdafiə naziri Mariuş Blaşak bəyan edib.

“Biz Amerika qoşunlarının Polşada daha geniş mövcudluğunu gözləyirik. Zəmanət veririk ki, bu mövcudluq yalnız Polşanın deyil, Avropanın böyük hissəsinin təhlükəsizliyi üçün də faydalı olacaq. Mən Mərkəzi-Şərqi Avropanı nəzərdə tuturam”, - deyə Blaşak bildirib.

O həmçinin məlumat verib ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri ilə silah alınması barədə müzakirələr aparıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ  


Bizi "telegram"da izləyin