Türkiyə SQ və ASO Afrin hücumunun taktikasını razılaşdırıb

2018/01/turk-ordusu-tank567567_1516267762.jpg
Oxunub: 3117     17:20     18 Yanvar 2018    
Türkiyə Silahlı Qüvvələrinin bölmələri və “Suriya Azadlıq Ordusu” Afrin şəhərinin PYD terrorçularından təmizlənməsi üçün keçiriləcək əməliyyatın taktikasını müəyyənləşdiriblər.

Ordu.az “Haber Turk” telekanalına istinadən xəbər verir ki, hərbçilər şəhərin şərq hissəsindən giriş üçün 7 dəhliz razılaşdırıblar.

Ankara hələ əməliyyata başlamayıb, lakin artıq Türkiyə-Suriya sərhəddində Silahlı Qüvvələr və texnikanın hərəkəti üçün 12 nöqtədə sərhəd seksiyaların demontajı həyata keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı strateji mühüm rayonlarda artilleriya batareyaları və haubitsalar, yaylım atəşi sistemləri, özüyeriyən artilleriya qurğuları quraşdırıblar.

Həmçinin sərhəddin digər tərəfindən – Suriyanın daxilindən isə “Suriya Azadlıq Ordusu” qüvvələrinin hücum həyata keçirəcəyi barədə razılıq əldə olunub.

Qeyd edək ki, daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatların hər an başlaya biləcəyini qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin-əməliyyatı  


Bizi "telegram"da izləyin